1 Avqust 2016 17:59
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin İsrail ilə yenidən danışıqlara başlamaq üçün şərtlərini irəli sürüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Fələstinin Ərəb Birliyindəki daimi nümayəndəsi Cemal eş-Şobeki açıqlama verib.

Onun sözlərinə görə, İsrail tərəfi irəli sürülən şərtlərə əməl etsə, Fələstin nümayəndələri danışıqlar masasına oturmağa hazırdır:

"Birinci şərt yaşayış məntəqələrinin tikintisinin dayandırılması, ikinici şərt danışıqların beynəlxalq nəzarət altında həyata keçirilməsi, üçüncüsü İsrailin iki dövlətli həllin və beynəlxalq legitimliyin tərəfdar olduğunu açıqlaması, dördüncü isə müzakirələr üçün lazımi vaxtın seçilməsidir".

Şobeki əlavə edib ki, bu dəfəki danışıqlara hazırlıqsız başlanılmayacaq: "23 ildir müzakirə edirik. Bu müddət ərzində İsrail tərəfinin çoxlu hiylələri ilə qarşılaşdıq. Ancaq bu dəfə müzakirələrə hazırlıqlı başlayacağıq".

Samir


Müəllif: