Gürcüstanın müdafiə naziri vəzifəsinə Levan İzoriya təyin olunub.
Bu barədə Tbilisidə keçirdiyi brifinqdə Baş nazir Georgi Kvirikaşvili məlumat verib.
Baş nazir barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri vəzifəsinə isə Ketevan Tsixelaşvilinin təyin edildiyini diqqətə çatdırıb.