2 Avqust 2016 11:28
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yaşayan türklərin Ağ Evin saytında yerləşdirdikləri Fəthullah Gülənin Türkiyəyə ekstradisiyası üçün imza toplama kapaniyası davam edir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, kampaniyanın başa çatmasına iki həftə qalıb. Artıq lazım olan 100 min səsdən 78,8 mini yığılıb, daha 22 min səsin toplanmasına ehtiyac var.

İyulun 17-də başlayan kampaniyada bu ifadələr yer alır:

"İyulun 15-də Türkiyənin demokratik yolla seçilmiş hökumətini devirmək üçün hərbi çevrilişə cəhd edildi. Bunu Fəthullah Gülənə və Fəthullahçı terror təşkilatına xidmət edən bir qrup əsgər törədib. Türkiyə bizim ən etibarlı və uzun müddətli müttəfiqlərimizdən biridir. Gülən isə Türkiyədəki müttəfiqlərimiz tərəfindən terrorçu olaraq tanınır. Hökumətimiz Fəthullah Gülə sığınacaq verməməli və onu Türkiyəyə ekstradisiya etməlidir".

Qeyd edək ki, məlum çevriliş cəhdi zamanı 237 nəfər həyatını itirib, 1600 nəfər yaralanıb, hadisələrdə şübhəli bilinən 8 min nəfər həbs olunub.

Samir


Müəllif:

Oxşar xəbərlər