Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə avqustun 9-da Sankt-Peterburqda keçirəcəyi görüşdən danışıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan görüş zamanı müzakirə ediləcək məsələlərə aydınlıq gətirib:
"Avqustun 9-da Sankt-Peterbruqda rusiyalı həmkarımla iqtisadi əməkdaşlıq və rus təyyarəsi ilə bağlı baş verən böhranı müzakirə edəcəyik".
Qeyd edək ki, Su-24 qırıcısı ilə bağlı hadisə ötən ilin noyabrın 24-də baş verib.
Samir