2 Avqust 2016 17:37
1 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə vətəndaşlarına qarşı vizasız rejimin tətbiqi hələlik mümkün deyil".

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib. Onun sözlərinə görə, buna səbəb Türkiyənin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir:

"Ankaranın qarşısına 72 şərtli müqavilə qoyulub. Bu şərtlər bütün ölkələrə məlumdur. Türkiyə şərtlərə əməl etsə, Avropa Birliyi də lazımi addımlar atacaq. Türkiyənin görüləcək çox işləri var. Türkiyə kimi Avropa Birliyi də bu işdə maraqlıdır. Ona görə də qarşılıqlı ultimatumlara ehtiyac yoxdur".

Ştaynmayer əlavə edib ki, Avropa Birliyi Türkiyə ilə dialoqları dayandırmamalıdır.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyanın "Frankfurter Allgemeine Zeitung" qəzetinə verdiyi müsahibədə Avropa Birliyini oktyabr ayına qədər türk vətəndaşlarına qarşı viza rejimini ləğv etməyə çağırıb. O bildirib ki, əks halda Ankara bu sazişi tanımayacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər