2 Avqust 2016 22:52
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykalı izləməkdə və qanunsuz dinləməkdə ittiham olunan 36 polis həbs edilib.


Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, saxlanılanların Fətullah Gülənin tərəfdarları olduğu bildirilir.

Qeyd edək ki, 2010-cu ilin mayında “Vakit” qəzetinin internet saytında intim səhnənin əks olunduğu videoçarx yayımlanıb. Qəzet videoda görüntüsü olan şəxslərin CHP lideri Dəniz Baykal və bu partiyadan olan millət vəkili Nəsrin Baytok olduğunu iddia edib. Bu hadisədən sonra Dəniz Baykal vəzifəsindən istefa verib.


Müəllif:

Oxşar xəbərlər