3 Avqust 2016 16:30
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sarkisyan avqustun 10-da Rusiyaya rəsmi səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Sarkisyan rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək: "Görüşdə iki ölkə arasında ticari-iqtisadi, humanitar və siyasi sahədə əməkdaşlıq məsələləri, beynəlxalq və regional problemlər, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə ediləcək".

Samir


Müəllif:

Oxşar xəbərlər