"İŞİD terror təşkilatının İraqda törətdikləri insanlığa qarşı hərbi cinayət və soyqırımıdır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Pan Gi Mun deyib.
Onun sözlərinə görə, beynəlxalq koalisiya bu cinayətlərin qarşısını almaqda İraq hökumətinə yardım göstərməlidir.
Pan Gi Mun İraq hökumətini hərbi cinayətlərdə əli olan şəxsləri dərhal cəzalandırmağa çağırıb.
Samir