İrak Kürd Muxtariyyətinin rəhbərliyi bölgədə fəaliyyət göstərən "Gülən məktəbləri"nin bağlamaq niyyətində deyil.
Teleqraf.com xəbər verir ki, muxtariyyətin Təhzil Nazirliyi yazılı açıqlamada, "Bir neçə gündür ki, Kürdüstanda 20 məktəb və 12 min 719 şagirdi olan İşıq Okullarının bağlanacağına dair məlumatlar yayılır. Həmin məktəblərlə bağlı heç bir qərar verilməyib. Şagirdlərin maraqları hər şeydən üstündür və indiki durumda onlar bağlanmayacaqlar".
Qeyd edək ki, Gülən şəbəkəsinin Kürdüstanda 20 məktəbi və bir radiosu var.
Ayxan