Tacikistan rəhbərliyi ən ağır cəza tədbiri kimi ölüm hökmünü bərpa etmək niyyətindədir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Tacikistanın Baş prokuroru Yusuf Rahmon məlumat verib. Onun sözlərinə görə, ölüm hökmü ən ağır cinayət törədənlərə və terrorçulara qarşı tətbiq ediləcək: "Bir və ya bir neçə şəxsi öldürən, terrorçuluqla məşğul olan, vətənə xəyanətdə günahlandırılan və hərbi çevrilişə cəhd edən şəxslərə qarşı ölüm hökmünün tətbiqi təklif olunur".
Rahmon bildirib ki, ölkədə 170 nəfər ötən ilin sentyabrında hərbi çevrilişə cəhddə ittiham olunur.
Qeyd edək ki, Tacikistan hökuməti 2004-cü ildə ölüm hökmünün ləğvini təsdiqləmişdi.
Samir