Qazaxıstan prezidenti Nursultan Nazarbayev avqustun 5-də Türkiyəyə rəsmi səfər edəcək.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, N.Nazarbayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla və ölkənin digər rəsmi şəxsləri ilə görüşəcək.
Səfər çərçivəsində ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.