5 Avqust 2016 18:42
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı “nifrət carçısı” adlandırıb.

Teleqraf.com xəbər verir ki, nazir Rostokda çıxış edərkən vurğulayıb ki, “millətçilik kabusu”nun dünyada necə dolaşmasını artan narahatlıqla müşahidə edir: “Bu cür sağ populistləri Almaniyada “AfD”, Böyük Britaniyada “Brexit” və ya “indiki halda ABŞ-da Donald Tramp kimi nifrət carçısı” ilə müqayisə edərək, belə bir nəticəyə gəlmək olar ki, onların hamısını bir amil birləşdirir – “onlar insanların qorxu hissləri ilə oynayır və öz siyasətlərini bunun üzərində qururlar”.

Cavad


Müəllif:

Oxşar xəbərlər