5 Avqust 2016 20:36
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Qazaxıstan prezidentləri Ankarada Fətullah Gülənin Qazaxıstandakı təhsil müəssisələrinin bağlanması məsələsini müzakirə ediblər.

Teleqraf.com "TRT Haber"ə istinadən xəbər verir ki, birgə brifinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hazırda Qazaxıstanda Gülənin 33 təhsil müəssisəsi fəaliyyət göstərir ki, onların barəsində tədbir görülməsi üçün iki ölkənin təhsil nazirlikləri müvafiq addımlar atacaqlar.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Ayxan


Müəllif:

Oxşar xəbərlər