6 Avqust 2016 18:40
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin media rəhbərləri ilə görüşüb.

Teleqraf.com Türkiyə KİV-inə istinadla bildirir ki, görüş zamanı sualları cavablandıran Ərdoğan maraqlı açıqlamar verib.

Çevriliş cəhdindən danışan Türkiyə prezidenti məsələnin hələ bitmədiyini deyib: "Bu işin bitdiyinə inanmıram, ətalətə qapılmayacağıq".

Avqustun 7-də keçiriləcək Yenikapı mitinqinə HDP-nin dəvət olunmamasının səbəbləri ilə bağlı suala prezident belə cavab verib: "Çevrilişlə terroru ayrı tutmuram. PKK ilə FETÖ-nü də fərqləndirmirəm. Belə bir təşkilatla əməkdaşlıq edəni dəvət edə bilməzdim. Dəvət etsəm, bunu qazilərin, şəhidlərin ruhuna anlada bilmərəm".

Mahir


Müəllif:

Oxşar xəbərlər