Yaponiyada keçən anomal istilərdə bu gün 674 nəfər günvurmadan huşsuz, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, bu barədə RİA Novosti NHK telekampaniyasına istinadən xəbər verir.
Totiqi prefekturasında günvurmadan xəstəxanaya 78 yaşlı qadın huşsuz vəziyyətdə yerləşdirilib. Həkimlər onun vəziyyətinin çox ağır olduğunu bildiriblər.