Kürd və ərəb qüvvələrinin ABŞ dəstəyilə həyata keçirilən əməliyyatı nəticəsində Türkiyə sərhədindəki Mənbic şəhəri İŞİD-dən azad edilib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, son həmlə Suriyanın şimal-şərqindəki şəhər uğrunda iki ay davam edən irimiqyaslı döyüşlərə son qoymuş olub.
Reuters agentliyinə danışan səhra komandirlərindən biri şəhərdə demək olar ki, cihadçıların qalmadığını bildirib.
Hərçənd ki, Suriya insan hüquqları müşahidə mərkəzinin fəalları Mənbicdə İD üzvlərinin daldalandığını xəbər verirlər.
Strateji əhəmiyyətə malik Mənbic Hələb ətrafındakı rayonlar və İD-nin qeyri-rəsmi paytaxtı sayılan Raqqa arasında bir növ körpü idi. Şəhər iki ildən artıqdır ki, İD qruplaşmasının nəzarətində qalırdı.
Suriya müharibəsi 2011-ci ildən bəri 250 mindən artıq adamın ölümünə səbəb olub.