8 Avqust 2016 10:55
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makedoniya Türk Hərəkat Partiyasının baş katibi, Makedoniya parlamentinin deputatı Enis İbrahim bu ölkədə baş verən təbii fəlakətlə bağlı Teleqraf.com-a danışıb.

Baş katib deyib ki, sel fəlakəti nəticəsində ən azı 20 nəfər həyatını itirib, 6 insan haqqında isə məlumat yoxdur. O, əlavə edib ki, təbii fəlakətdən dərhal sonra dövlət qurumları baş verənlərə adekvat reaksiya göstərməyib: “Burada söhbət təbii fəlakətdən gedir. Əgər hansısa bir təməl qoyma mərasimi olsaydı, hökumət nümayəndələri ön sırada olardı”.

Makedoniya parlamentinin üzvü daha sonra qeyd edib ki, seldən ən çox ziyan çəkən bölgə hesab olunan Üsküpə gedərək insanları ziyarət ediblər: “Ölü sayı artıq 20-ni keçib. Zərər isə çox böyükdür. Yaşanan bu hadisədə zərər görən bütün vətəndaşlarımıza keçmiş olsun deyirəm. Ancaq vətəndaşlarımızın bir an əvvəl özünə gəlməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik. Dövlət qurumları də üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.

Nemət


Müəllif:

Oxşar xəbərlər