ABŞ-da fəaliyyət göstərən Türk-Amerika dərnəklərini özündə birləşdirən Türk-Amerika Komitəsi New York Times qəzetində bütöv bir səhifə elan verərək 15 iyulda həyata keçirilən uğursuz dövlət çevrilişinə cəhdi, fətullahçı terror şəbəkəsinin qanlı addımlarını pisləyib.
Teleqraf.com xəbər verir ki, 150 dərnəyi özündə birləşdirən Türk-Amerika Komitəsi dünyanın bir nömrəli qəzetinə verdiyi elanda 15 iyul çevrilişini bir daha xatırladıb və bunun demokratiya, insan haqlarına qarşı olduğunu bəyan edib.
Xatırladaq ki, uğursuz dövlət çevrilişinə cəhdindən sonra bir çox türk analitikləri bildirirdilər ki, Amerikadakı türk lobbisi Fətullah Gülənin nəzarətindədir.
Cavad