Yaponiyanın 82 yaşlı imperatoru Akihito televiziya vasitəsilə xalqa müraciətində imperator səlahiyyətlərindən imtina etmək istədiyini açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Akihito müraciətində imperator səlahiyyətlərini hər hansı bir sektaya buraxmadan hüzurlu bir şəkildə ömür sürəcəyinə ümid etdiyini ifadə edib.
Yaponiyada mövcud qanunvericilik imperatorun taxtını buraxmasını mümkünsüz edir. Akihitonun imperatorluqdan getməsi üçün qanunvericilikdə düzəlişlər etmək lazımdır.
Yaponiya baş naziri Şinzo Abe imperatorun səlahiyyətlərini buraxmaq arzusunu hökumət tərəfindən ciddi şəkildə müzakirə ediləcəyini bildirib. İmperator Akihito taxtdan gedəcəyi təqdirdə onun yerinə 55 yaşındakı oğlu şahzadə Naruhitonun keçəcəyi gözlənilir.
Yaponiyada sonuncu dəfə 1817-ci ildə imperator Koukaku öz istəyinə əsasən taxtdan ayrılıb. İmperator Akihito isə atası imperator Hirohitonun 1989-cu ildə vəfat etməsi üzərindən 55 yaşında taxta çıxıb.
Cavad