8 Avqust 2016 15:42
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın “Le Monde” qəzetinə Avropa Birliyi ölkələri ilə viza rejiminin ləğvi məsələsindən danışıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, prezident türkiyəli vətəndaşların vizasız gediş-gəliş tələbi təmin olunmayacağı təqdirdə Avropa Birliyi (AB) ilə mühacir razılaşmasının da baş tutmayacağını deyib.

AB-nin Türkiyəylə səmimi davranmadığından şikayətlənən Rəcəb Tayyib Ərdoğan Türkiyə vətəndaşlarına iyunun 1-dən sərbəst viza tətbiq edilməli olduğunu, ancaq bu razılığa əməl edilmədiyini diqqətə çatdırıb.

Ərdoğan Türkiyənin tələbi yerinə yerinə yetirilməsə, Suriya mühacirlərinin ölkəyə qəbulunun mümkün olmayacağını dilə gətirib.

Sevinc


Müəllif:

Oxşar xəbərlər