Ermənistan polisinin rəisi Vladimir Qasparyanın əmri ilə İrəvan polis idarəsinin rəisi Aşot Karapetyan vəzifəsindən azad olunub.
Teleqraf.com-un məlumatına görə, bu barədə dərc olunan rəsmi məlumatda bildirilib.
Qeyd olunur ki, Ermənistan polisinin rəisinin əmri ilə bir sıra yüksək rütbəli əməkdaşlar işdən azad edilib ki, onların arasında Aşot Karapetyan da olub. Bu addım polis sistemində aparılan xidməti araşdırmaların nəticəsi olaraq atılıb.
Qeyd edək ki, bir müddət öncə İrəvanın polis rəisinə şiddətli töhmət verildiyi bildirilirdi.
Buna polis rəisinin bilavasitə ona həvalə olunmuş vəzifələri düzgün icra etməməsi, tabeliyində olan ictimai asayişi təmin etməli olan şəxslərin qeyri-düzgün yerləşdirilməsi və mitinq iştirakçılarının mühafizə olunan yerlərə girməsini məhdudlaşdırmaması səbəb olub.
Səxavət