Rusiyada büdcə kəsiri 2016-cı ildə trillyonyarım rubldan çox olub ki, bu ötən ilin eyni dövrü ilə müqaisədə 35 faiz çoxdur.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal xəzinədarlıq idarəsi məlumat yayıb.
Rusiya hökuməti sosial siyasətə 2 trillyon yarım, bir o qədər də müdafiə, milli təhlükəsizlik və hüquq-mühavizə sahələrinə xərcləyib.
Amma buna baxmayaraq Mərkəzi Bank avqustun 8-də bildirib ki, ölkə iqtisadiyyatı yaxın aylarda xarici şoklar olmasa, yavaş artım həddinə girə bilər.
Hesabat müəllifləri həmçinin qeyd edir ki, daxili tələbatın daima azalması göstərir ki, ölkədə iqtisadi fəallığın bərpasından danışmaq hələ ki, tezdir.