Efiopiyada ötən həftəsonu baş verən etirazlarda 100-ə yaxın adam öldürülüb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu barədə "Amnesty International" təşkilatı xəbər verir.
Qeyd edək ki, ölkənin müxtəlif yerlərində etirazçılarla təhlükəsizlik işçiləri arasında toqquşmalar baş verib.
İnsan haqları qrupu deyir ki, ən ölümcül hadisə Bahir Dar şəhərində baş verib - burada bazar günü 30 adam ölüb.
Hakimiyyət deyib ki, Bahir Darda 7 adam həlak olub və təhlükəsizlik işçiləri etirazçıların zorakılığına cavab verirdi.
Oromo və Amhara ərazilərinin sakinləri siyasi və iqtisadi baxımdan təcrid olunmalarından şikayətçidir.