25 İyun 2014 17:35
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Suriyada hökumət qüvvələrinə məxsus heliokopterin Hələbin müxaliflərin idarəçiliyndə olan Tariq Bab bölgəsindəki Halavani qovşağına endirdiyi hava zərbəsi nəticəsində 15 dinc sakin həlak olub.

Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, hücum nəticəsində bölgə sakinlərinə ciddi maddi ziyan dəyib və yaşayış binalarından biri qismi çöküb. Halavani bölgəsinə təşkil edilən hava hücumunda yaralananlar təcili yardım maşınları ilə səhra xəstəxanalarına aparılarkən hücum bölgəsi yaxınlarını itirənlərin axınına məruz qalıb.

Yerli sakinlərin söylədiklərinə görə, Hələbə aid bu qəsəbə müxaliflərin nəzarətinə keçdikdən sonra ardıcıl şəkildə hər gün hökumət qüvvələrinin hücumuna məruz qalır.

Nəticədə qəsəbədə evlərin, binaların çoxu dağılıb, qəzalı vəziyyətə düşüb.

Nail Cəlil


Müəllif: