Demokrat Partiyasından ABŞ prezidentliyə namizəd Hillari Klintonun mediada yayılan bir şəkli qalmaqal yaradıb.
Teleqraf.com-un məlumatına görə, Respublikaçılar Partiyasına yaxın medianın manşetə verdiyi fotoda Klintonun pilləkəni mühafizəçilərin köməyi ilə qalxdığı göstərilir.
Bununla da 68 yaşlı siyasətçinin səhhəti müzakirə möpvzusuna çevrilib. Fotoyla yanaşı bir sıra informasiyalar da ictimaiyyətin diqqətinə çatdırılıb. Bir sıra media qurumları Hillari Klintonun 2009-cu ildə dirsəyini qırdığını, 2011-ci ildə təyyarərəyə minərkən yıxıldığını, 2012-13-cü illərdə isə beynində əmələ gələn qan laxtalanmasına görə müalicə aldığını xatırladıb.
Fotoyla bağlı xəbərlər başda sosial şəbəkələr olmaq şərtiylə Amerika ictimaiyyətində böyük səs-küy yaradıb.
Ancaq fotonun bu il fevralın 24-də Cənubi Karolinada çəkildiyi açkarlandıqda oyun pozulub. Həmçinin məlum olub ki, foto Klinton pilləkəni çıxarkən ayağı sürüşən vaxt çəkilib.
Sevinc