9 Avqust 2016 13:01
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyaya gedən ingilis xüsusi qüvvələrinin ilk dəfə olaraq cəbhə xəttindən fotoları yayılıb.

Teleqraf.com xarici mediaya istinadən qeyd edir ki, fotolar iyun ayında çəkilib.

Fotolarda hərbi avtomobillərdə olan ingilis əsgərlərinin müxalifətin nəzarətində olan bölgədə irəlilədiyi görünür.

Bu foto vasitəsilə ingilis hərbçilərinin ilk dəfə cəbhə xəttində olduğu bəlli olur.

Məlumata görə, İngiltərə xüsusi qüvvələri İŞİD-ə qarşı hərbi əməliyyatdan sonra müxalifətin nəzarət etdiyi ərazilərdə olub.

Həmçinin ilk dəfə açıqlanıb ki, Suriyada olan ingilis hərbi personalı Yeni Suriya Ordusu adlı müxalif qrupa silah və digər ləvazimatlar verib.

Yayılan bu foto və məlumatla əlaqədar İngiltərə Müdafiə Nazirliyi hər hansı bir açıqlama verməyib.

Cavad


Müəllif:

Oxşar xəbərlər