15 iyul çevriliş cəhdindən sonra İranda turizm agentliklərinə Türkiyəyə qoyulan bilet satışı qadağası aradan qaldırılıb.
Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, İranın müvafiq rəsmi qurumu açıqlamasında turizm məqsədli bilet satışı qadağasını götürmək haqqında qərar verdiklərini bildirib.
Məlumatda o da qeyd olunur ki, satış icazəsi barədə yeni qərar iyulun 31-dən qüvvədədir.
Sevinc