"Rusiya Konstitusiyaya zidd istənilən addımın əleyhinədir".
Bu sözləri Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.
O, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Türkiyə prezidentinə zəng edən ilk liderlərdən olduğunu xatırladıb: “Biz dövlət çevrilişinə qarşıyıq. Sizin rəhbərliyiniz altında Türkiyə xalqının bu vəziyyətdən çıxacağına inanırıq”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyanın bu məsələdəki mövqeyinə görə çox məmnun olduğunu bildirib. O qeyd edib ki, Türkiyə xalqı çevrilişə qarşı olduğunu avqustun 7-də keçirilən demokratiya mitinqində bir daha nümayiş etdirib. ("APA")
***
Rusiyanın Sank-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.
Rusiya prezidenti Vladimir Putin bunun ötən ilin noyabrında Rusiyaya məxsus hərbi təyyarənin türk pilotları tərəfindən vurulmasından sonra ilk səfər olduğunu bildirib.
Görüş təkbətək və geniş formatda baş tutacaq.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya məxsus qırıcı Су-24-ün vurulması ilə bağlı insidentdən sonra bu gün ilk dəfə Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqa gəlib.
Bu gün Sankt-Peterburqda Türkiyə və Rusiya prezidentlərinin görüşü olacaq.