Türkiyə-Rusiya münasibətlərinin pozulmasına səbəb olan rus qırıcı təyyarəsindən sonra ilk dəfə iki ölkə prezidenti bu gün bir araya gəlib.
Teleqraf.com xəbər verir ki, Rusiya-Türkiyə arasında son bir ilə yaxın mövcud olmayan münasibətlərin yenidən istiləşməsinin memarının adı bəlli olub. Söhbət diplomatik təmasların qurulmasında görünməyən, lakin açar rol oynayan şəxsdən gedir.
İki ölkə arasında yenidən əlaqələrin qurulmasının səbəbkarı sabiq nazir, hazırda tanınmış iş adamı Cavid Çağlar olub.
Belə ki, təyyarə qalmaqalından sonra münasibətləri yoluna qoymaq məsələsində Baş Qərargah rəisi, general-leytenant Hülusi Akar prezident Ərdoğana bildirib ki, münasibətlərdəki gərgin durumu iş adamı Cavid Çağlar yoluna qoya bilər.
Məlumata görə, general Akar Cavid Çağları 1990-cı illərdən tanıyırmış. General Akar bildirib ki, rus-türk krizini aşmaq üçün Cavid Çağların Dağıstan Muxtar Respublikasının lideri Ramazan Abdulatipovun vasitəsilə prezident Putinə kanal aça bilər. Prezident Ərdoğan isə bu təklifə isti yanaşıb. Bunun ardınca prezident Ərdoğan, general Akar və iş adamı Cavid Çağlar bir araya gələrək məsələni müzakirə ediblər.
Cavid Çağlar prosesə qoşulduqdan sonra Rusiya tərəfindən bu məsələlər maraqlanacaq şəxsin prezident Putinin müşaviri Yuri Usakov olacağı bəlli olub. Prezident Ərdoğanın sözçüsü İbrahim Kalin tərəfindən yazılan məktub dəfələrlə Ankara-Moskva arasında müzakirə edilib.
Bu proses zamanı nəhayətdə ilk müsbət siqnal iyun ayında gəlib. Xəbəri Qazaxıstan prezidenti Nazarbayev bildirib. Nazarbayev Sankt-Peterburqda prezident Putinlə görüşüb, əgər məktub gələrsə, Putinin əl sıxmağa hazır olduğunu ifadə edib. Və bu məktubun iyunun 24-də saat 13.00-a qədər Şanxay İttifaqının toplantısının keçirildiyi Daşkəndə göndərilməsinin əhəmiyyətli olacağı bəlli olub.
Prezident Ərdoğan məktubu iyunun 23-ü, gecə saatlarında imzalayıb. Səhər saat 03:00-da isə məktubu prezidentin sözçüsü İbrahim Kalın və iş adamı Cavid Çağlar təyyarə ilə Daşkənd istiqamətində aparıb. Lakin təyyarənin keçəcəyi ölkələrdən öncədən icazə alınmayıb. Gürcüstan, Azərbaycan və Türkmənistan sərhədlərindən keçmək icazəsi təyyarə havada olarkən alınıb.
Özbəkistan tərəfi isə təyyarənin hava məkanına daxil olmasına icazə verməyib və bu zaman prezident Nazarbayev məsələyə müdaxilə edib. Son nəticədə Ərdoğanın məktubunu aparan təyyarə 12:15-də Daşkənd hava limanına enib. Bundan sonra məktub Putinin nümayəndəsi Usakova verilib. Usakov məktubu prezident Putinə təqdim etdikdən sonra qarşı tərəfə “nəticəsi olacaq”-deyə bildirib.
Qeyd edək ki, Rusiya-Türkiyə münasibətlərində açar rolu oynadığı irəli sürülən Cavid Çağlar Türkiyənin müasir tarixində xüsusi xidmətləri ilə seçilən şəxsdir.
Məlumat üçün qeyd edək ki, 1999-cu ildə PKK lideri Abdulla Öcalan Keniyadakı Yunanıstan səfirliyindən çıxıb Hollandiyaya getmək istəyərkən türk xüsusi xidmət orqanlarının içərisində olduğu Cavid Çağların şəxsi təyyarəsinə minmişdi. Həmin dövrdə Öcalanla bağlı keçirilən əməliyyatda məhz iş adamı Cavid Çağların şəxsi təyyarəsi mühüm rol oynamışdı. O dövrdə türk kəşfiyyatı məlumat almışdı ki, Öcalan Keniyadan Hollandiyaya aparılacaq. Bunun üçün də xüsusi təyyarə hazırlanıb. Türk hökuməti bu mərhələdə iş adamı Cavid Çağların təyyarəsini icazə ilə götürərək onun quyruq nömrəsini dəyişərək Uqandaya göndərmişdi. Daha sonra həmin təyyarə Keniya hava limanında eniş etmişdi.
Bu zaman təyyarəyə mindirilən Abdulla Öcalan Türkiyə hava məkanına daxil olana qədər Hollandiyaya getdiyini zənn edirmiş. Həmin prosesdə Cavid Çağlar da önəmli rol oynamışdı. Cavid Çağlara məxsus “Falcon 900B” təyyarəsi Keniya hava limanından qalxdıqdan saatlar sonra isə Öcalanı Hollandiyaya aparmaq məqsədilə Keniyaya gələn Yunanıstan təyyarəsi hava limanında eniş etmişdi.
Cavid