Çində sürətli qatar üçün inşa edilən tunelin uçması nəticəsində 12 işçi 80 saat uçqunun altında qalıb. Jilin əyalətində baş verən hadisəyə dərhal xilasedicilər cəlb olunub.
Teleqraf.com xəbər verir ki, nəhayət 80 saatdan sonra bütün fəhlələr xilasedicilər tərəfindən tuneldən salamat çıxarılıb.
Beton konstrukssiyanın çökməsi nəticəsində uçan tunelin altında qalan fəhlələrin hamısının sağ qalması möcüzə kimi qiymətləndirilir.