10 Avqust 2016 01:52
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanlı fəal İrom Şarmila yerli seçkilərdə iştirak etmək üçün 16 illik aclıq aksiyasına son qoyub.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, o, qalmaqallı təhülkəsizlik qanununa qarşı etiraz edib.

Fəalın həyata keçirdiyi aksiya dünyada ən uzun aclıq aksiyası hesab edilir. Onun bu aksiyası həbsinə və burnundan boru ilə məcburi qidalanmasına gətirib çıxarıb. O, intihara cəhdi cinayət sayan qanuna əsasən saxlanılıb.

Manipur ştatının məhkəməsi çərşənbə axşamı onun zaminə buraxılmasını təmin edib.
Xanım Şarmilanın girov proseduru başa çatdıqdan sonra yerli xəstəxanadakı məhkəmə nəzarətindən azad ediləcəyi gözlənilir.

O, xəstəxanada jurnalistlər önündə aclığını pozmasını rəmzi şəkildə nümayiş etdirmək üçün bal dadıb.

İrom Şarmila məhkəmədə deyib ki, o, “vicdan məhbusudur” və yerli seçkilərdə iştirak etmək üçün aclığa son qoymağa qərar verib.

“Mən strategiyamı dəyişməliyəm. Bəzi insanlar məni siyasətə qatılmaq istədiyimə görə qəribə qadın hesab edirlər. Onlar deyir ki, siyasət çirklidir, lakin cəmiyyət də bu cürdür. Mən seçkilərdə hakimiyyətə qarşı mübarizə aparmaq istəyirəm,” o əlavə edib.


Müəllif:

Oxşar xəbərlər