25 İyun 2014 18:06
1 674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Nyu-Yorkda tualet kağızından hazırlanmış gəlinlik paltarlarının ənənəvi illik nümayişi keçirilib.

Teleqraf.com-un korrespondent.net-ə istinadən verdiyi məlumata görə, bu tədbir 10-cu ildir ki, ardıcıl olaraq, keçirilir.

Artıq geniş populyarlıq qazanan bu şounu “Cheap-Chic-Weddings” şirkətinin toy xidmətləri bürosu təşkil edib. Tualet kağızından başqa müvafiq geyim dəstinin yaradılması üçün müsabiqənin iştirakçılarına yapışqandan, plastırdan və saplardan istifadə icazə verilib.

Nümayişin iştirakçısı olan hər bir dizayner burada öz xəyallarını, təxəyyülünü tam nümayiş etdirmək imkanı qazanıb. Müsabiqənin qalibi 28 yaşlı gənc modelyer Syuzan Brennan olub. Ona 10 min dollar pul mükafatı və 20 tualet kağızı rulonu hədiyyə edilib.

Nail Cəlil


Müəllif: