10 Avqust 2016 12:12
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın energetika naziri Aleksandr Novak "Qazprom"un “Türk axını” qaz boru xətti üçün Türkiyə ilə müzakirələrə başladığını deyib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, nazir bu layihənin qarşılığında təbii qazın Türkiyəyə aşağı qiymətlə satılacağının gündəmdə olmadığını bildirib.

Rusiyanın “Türk axını”nın inşasına başlayacağını deyən Novak birinci qolun 2019-cu ilin ikinci yarısına qədər tamamlana biləcəyini iddia edib.

Novak ikinci qolun inşası üçün Avropa Birliyindən qarantiya almaq lazım olduğunu, Avropa Birliyi razılıq verməzsə, bu qolun inşasının mümkün olmayacağını bildirib.

Sevinc


Müəllif:

Oxşar xəbərlər