10 Avqust 2016 14:22
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtında yerləşən xəstəxanaların birində baş verən yanğın zamanı 11 uşaq həlak olub.

Teleqraf.com xarici mediaya istinadən bildirir ki, yanğın gecə saatlarında Bağdadın Yarmuk adlanan ərazisində yerləşən xəstəxananın doğum şöbəsində baş verib.

İraq hökumətinin səhiyyə nazirliyi yanğının baş vermə səbəbi kimi elektrik naqilində qısa qapanmanı göstərib. Əlavə edilib ki, hadisədən dərhal sonra yaralanan 29 qadın və 7 körpə digər xəstəxanaya aparılaraq nəzarətə götürülüb.

Sosial mediada yanğın zamanı yananların sayının 20-dən çox olduğu xəbəri yayılıb.

Xarici media isə İraq rəsmilərinə istinadən ölən uşaqların sayının 11 olduğunu göstərib.

Cavad


Müəllif:

Oxşar xəbərlər