10 Avqust 2016 15:09
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ay vəzifəsinin icrasına başlamış İngiltərənin yeni baş naziri Tereza Mey tezliklə Rusiya prezidenti Vladimir Putunlə görüşmək arzusunu ifadə edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, iki lider arasında ötən gün telefon danışığı olub.

Bu, İngiltərə baş nazirinin Rusiya rəhbəri ilə ilk təmasıdır. Telefon əlaqəsi təşəbbüsüı Tereza Meydən gəlib.

Kremldən verilən açıqlamaya görə, Putin və Mey iki ölkə arasında mövcud siyasi-iqtisadi əlaqələrin səviyyəsindən narazı olduqlarını bildiriblər, eyni zamanda təhlükəısizlik sahəsində əməkdaşlığın zəruriliyini qeyd ediblər.

İki liderin gələn ay Çində keçirilməsi gözlənilən G20 zirvəsində görüşəcəyi ehtimal olunur.

Mahir


Müəllif:

Oxşar xəbərlər