10 Avqust 2016 16:24
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Vürsburq və Ansbax hücumlarından sonra təhlükəsizlik tədbirlərini sərtləşdirməyə hazırlaşır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyinin “Berlin açıqlaması” adıyla hökumətə təqdim etməyə hazırlaşdığı sənəddə bildirilir.

Sənədə əsasən, təhlükəsizliyi daha güclü təmin etmək məqsədilə polis sayının artırılmasından tutmuş ikili vətəndaşlıq hüququnun ləğvinə, çarşab qadağasına qədər silsilə tədbirlər nəzərdə tutulub. Təhlükəsizlik tədbirləri çərçivəsində alman polisinin sayının 2020-ci ilə qədər 15 minə çatdırılması məsləhət görülür.

Həmçinin polisə kamera və uzun lüləli silah verilməsi də planlaşdırılır.

Sənəddə xarici təşkilatlara məscidləri maliyyələşdirmək qaqdağası da yer alır. Eyni zamanda, alman vətəndaşı olmayan, nifrət və zorakılığı təbliğ edən şəxslər ölkədən çıxarıla bilər.

Sevinc


Müəllif:

Oxşar xəbərlər