Azərbaycanlı əmək fəalı Məhəmməd Cərrahi məhkumluq müddəti başa çatdıqdan sonra Təbriz zindanından azadlığa buraxılıb.
Fəal 5 il həbsdən sonra avqustun 9-da sərbəst buraxılıb.
Tiroid xərçəngindən (sərətan) əziyyət çəkən fəal həbsdə olduğu müddətdə müalicə almaq üçün bir gün də olsun məzuniyyətə buraxılmayıb və bu müddətdə ciddi müalicə olunmayıb.
M.Cərrahi 5 il öncə, ötən il Rəcayişəhr zindanında şübhəli şəkildə dünyasını dəyişən əmək fəalı mərhum Şahrux Zəmani ilə birlikdə 5 il 6 aylıq həbs qərarının icrası üçün həbs edilmişdir. Fəal azadlığa buraxıldıqdan dərhal sonra birinci Ş.Zamaninin Təbrizdəki məzarını ziyarət edib, ondan sonra öz ailəsi ilə görüşüb.