10 Avqust 2016 21:53
1 567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi qiyamda adı hallanan türkiyəli general Mustafa Uğurlu ABŞ-dan siyasi sığınacaq istəyib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mustafa Uğurlu 15 iyul çevrilişə cəhd zamanı Virginia-dakı NATO bazasında olub.

Türkiyə ABŞ-da yaşayan din xadimi Fethullah Gülen hərəkatına bağlı olmaqda ittiham edilən təxminən 100 generalı ordu sıralarından uzaqlaşdırıb.

Admiral Uğurlu 22 iyulda çevriliş cəhdindən bir həftə sonra yoxa çıxıb.

ABŞ rəsmiləri Reuters xəbər agentliyinə bildirblər ki, adı açıqlanmayan admiral sığınacaq axtarır. Daha sonra Anadolu agentliyi onun adının Mustafa Uğurlu olduğunu bildirib.


Müəllif:

Oxşar xəbərlər