Türkiyə Yunanıstan xarici işlər naziri Nikos Kotziasın türk hərbçilərinin Kiprdən çəkilməsinə dair ardıcıl iddialarına münasibət bildirib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Yunanıstan Xarici İşlər Nazirliyi iyulun 20-də və avqustun 2-də oxşar açıqlamalar verib.
Türkiyədə hərbi çevriliş cəhdindən çıxış edən Yunanıstan hökuməti Kipr probleminə də bu rakursdan yanaşmağı zəruri sayıb.
Türkiyə Xarici İşlər Nazirliyi cavab açıqlamasında Yunanıstanı Kipr probleminə daha real yanaşmağa çağırıb: “Belə olduqda, Yunanıstanın1963-cü ildə birgə dövlətin süqutuna göz yumduğunu, 1974-cü ildə Kiprdə həyata keçirilmək üzrə olan çevrilişin də Yunanıstan tərəfindən dəstəkləndiyini xatırlatmaqda fayda görürük.
Türk xalqının demokratiya uğrunda mübarizə apararaq çevriliş cəhdinə mane olduğu və Kipr məsələsinin həlliylə bağlı müzakirələrin genişləndiyi bir dövrdə zamin ölkə olaraq Yunanıstanın prosesə daha əsaslı və real münasibət göstərməsini gözləyirik”.
Sevinc