ABŞ prezidenti Barak Obamanın 18 yaşlı qızı Malianın narkotik maddə çəkməsinin görüntüsü yayılıb.
Teleqraf.com xəbər verir ki, Obamanın böyük qızı Kolumbiyanın paytaxtı Boqotadakı dördgünlük festivala qatılıb. Gizli təhlükəsizlik agentlərinin müşayiət etdiyi Malia Obama festivalda yaşıdları kimi rəqs edib, əylənib. Onun festivaldakı rəqsi sosial şəbəkələrdə maraqla qarşılanıb. Ancaq festivaldan bir neçə gün keçəndən sonra ortaya atılan iddia Amerika ictimaiyyətini heyrətləndirib.
Belə ki, festival əsnasında onun siqaret çəkdiyi görüntülər ortaya çıxıb. Ancaq şahidlər Malianın çəkdiyinin siqaret deyil, xaş-xaş olduğunu iddia edirlər. ABŞ-ın federal qanunlarına görə isə, xaş-xaş çəkmək qadağandır.
Sevinc