Nyu-York polisi Trampun seçki qərargahının yerləşdiyi 58 mərtəbəli göydələnə dirmaşan şəxsi saxlayıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, insident 5-ci Avena küçəsində baş verib.
2 saatlıq prosesi yüzlərlə adam müşahidə eləyib.
“Tramp qülləsi” adlanan bu göydələni, milyardçının developer şirkətlərindən biri tikib və hazırda onun seçki qərargahı orda yerləşir.
Adı çəkilməyən şəxs binaya dırmaşarkən, adətən sənaye alpinizmində istifadə olunan vakuumlu yapışqanlar və sığorta sistemindən istifadə edib.
Amma aydın görünür ki, o şüşə yimaq və ya nəsə görmək fikrində deyi. Sadəcə telekanalların canlı efirində qətiyyətlə yuxarı dırmaşır.
Polis onu saxlamaq üçün, bir neçə pəncərəni çıxarıb yuxarıda gözləsə də o marşurutu dəfələrlə dəyişib, amma sonda ələ keçib.
O, insidentdən əvvəl çəkilmiş videoda, qülləyə dırmaşaraq səs verəcəyi siyasətçi ilə görüşmək arzusunda olduğunu deyir.