12 Avqust 2016 12:53
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrindəki (TSQ) camaat təşkilatlanmasına göz yumduğu üçün tənqid edilən sabiq Baş Qərargah rəisi Necdət Özəl ölkədə baş tutumuş çevriliş cəhdiylə bağlı “Milliyyet” qəzetinə geniş müsahibə verib.

Teleqraf.com xəbər verir ki, o, müsahibəsində Türkiyə xalqından üzr istəyib: “Nə qədər qanun-qaydaya uyğun hərəkət etmiş olsaq da, belə bir çevrilişə cəhd baş veribsə, deməli, hamımız məsuliyyət daşıyırıq. Millətimiz bizi bağışlasın. Hərbçi-vətəndaş münasibətində məsuliyyət daşıyan hər kəs millətdən üzr istəməlidir”.

O deyib ki, mənim üçün bundan sonra ən vacib şey vicdan və hüquqdur: “Hüququn gücünü gördük, amma vicdanım rahat deyil. Ölənəcən ürəyim sızlayacaq”.

Özəl Necdət söhbət zamanı onu narahat edən məsələnin təkcə 15 iyul çevriliş cəhdi olmadığını söyləyib: “Qurama Ergenekon və Balyoz hadisələrində həyatını itirən, həbsxanaya düşən silahdaşlarıma görə çox üzgünəm”.

Özəl Necdətin ən çox tənqid olunduğu məqam çevrilişə cəhd edən general və admiralların çoxunun onun dövründə xidmət göstərəsiı və onlara mühüm vəzifələr verilməsidir. O, hərbçilərə bu vəzifələrə təyin edilməsi prosesini izah edərək ortaq qərar verildiyini vurğulayıb: “Çevriliş cəhdində iştirak edən və FETÖ-çü olduğu ortaya çıxanların da təyinatı eyni qayda üzrə verilib. Onların haqqında heç bir şübhə və ya hər hansı xəbərdarlıq olmayıb. Olsa, mütləq araşdırılardı. Sənədləri təmizdir.

Onu da deyim ki, onların kəşfiyyat sənədləri əlimizə təmiz gəlibsə, artıq bizim edəcəyimiz heç bir şey qalmır. Deməli, özlərini çox yaxşı gizlədiblər. Çünki araşdırma vaxtı ətrafdan onlar haqqında məlumat toplayır, ailələriylə maraqlanırlar. Sistem belə işləyir”.

Sevinc Fədai


Müəllif:

Oxşar xəbərlər