Sabunçu rayonunda döyüş sursatı aşkar olunub.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti hadisə yerinə cəlb olunub. Mütəxəssislər tərəfindən aşkar olunmuş mərminin döyüşə yararlı olması müəyyən edilib və xüsusi ayrılmış əraziyə aparılaraq zərərsizləşdirib.
Əməliyyat saat 15:30-da başa çatıb.