Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da iranlı həmkarı ilə görüşüb. Tərəflər iki ölkə arasındakı əlaqələrin hazırkı durumunu, gələcək inkişaf perspektivlərini, regional və beynəlxalq məsələləri müzakirə ediblər. (“Report”)