13 Avqust 2016 21:39
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan polisi 41 yaşlı ABŞ vətəndaşının qətlində şübhəli bilinən şəxsi saxlayıb.

"Report" Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən xəbər verir ki, 1996-cı il doğumlu şübhəli şəxs söz atışmasından sonra ABŞ vətəndaşına bıçaqla hücum çəkib və ona bir neçə zərbə endirib. Nəticədə amerikalı yerində keçinib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları isti izlərlə hadisədən bir neçə saat sonra cinayətkarı saxlayıb.

Hazırda Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) üzrə istintaq tədbirləri həyata keçirilir.


Müəllif:

Oxşar xəbərlər