Banqladeş sahillərində Hindistana məxsus “Maha Gouri” gəmisi batıb, 17 balıqçı itkin düşüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, axtarış-xilasetmə əməliyyatına iki hərbi gəmi və bir patrul təyyarəsi cəlb olunub.
Hadisə Benqal körfəzində, Sundarban şəhərindən 40 mil aralıda baş verib.