14 Avqust 2016 13:27
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astanada xüsusi təyinatlılar lombarda basqın edən şəxsi saxlamaq üçün əməliyyat keçirib.

Teleqraf.com-un "İnterfaks"a istinadən xəbərinə görə, bu barədə hadisənin şahidləri bildirib.

Əməliyyat nəticəsində basqınçı saxlanılıb. İlkin məlumata görə,hadisə nəticəsində zərərçəkən yoxdur.

Qeyd edək ki, bu gün səhər Astanada yaşayış evinin birinci mərtəbəsində yerləşən lombarda basqın edilib. Hadisə zamanı siqnalizasiya işə düşüb və basqınçı içəri daxil olduqdan sonra qapı avtomatik olaraq bağlanıb. İçəridə basqınçı ilə yanaşı lombardın iki əməkdaşı da qalıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər