Rusiya bombardmançıları Suriyada terrorçuların mövqelərinə zərbə endirib.
Teleqraf.com-un "İnterfaks"a istinadən xəbərinə görə, əməliyyatda 6 Tu-22М3 təyyarəsi iştirak edib.
Rusiyalı pilotlar Deyr-əz-Zor şəhərində İŞİD-in mövqelərini bombalayıb. Zərbələr nəticəsində İŞİD-in iki idarəetmə mərkəzi, 6 silah anbarı, 2 tankı, 4 döyüş maşını, 7 iri kalibrli silahla təchiz edilmiş avtomobili və xeyli sayda terrorçu məhv edilib.
Nihad