Nyu-Yorkdakı Kennedi hava limanının birinci və səkkizinci terminalında atışma səsləri eşidilib.
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, polis cinayətkar axtarışlarına başlayıb. Ölən və yaralananlar haqda məlumat verilmir.
Polis aeroportun binasından insanları təxliyə edib. Avtomobillər üçün hava limanının yaxınlığında hərəkət dayandırılıb. Kennedi hava limanına enməli olan təyyarələr yaxın hava limanlarına yönəldilib.