15 Avqust 2016 10:01
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Misirlə barışığa hazırlaşır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu haqda Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd məlumat verib.

Əbu Zeyd Misirin "CBC" tele-kanalına deyib: "Türkiyə ilə beynəlxalq qanunlar, xoş qonşuluq əlaqələri və qarşılıqlı əməkdaşlıq çərçivəsində yaxınlaşmağı məqsəd seçən cəhdləri məmnuniyyətlə qarşılayarıq".

XİN təmsilçisi ikili əlaqələrin Mısır xalqının iradəsinə sayğı prinsipləri əsasında yaxşılaşdırılması gərəkliliyini vurğulayıb.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ötən həftə Misirlə münasibətləri yoluna qoymağı arzulayan açıqlama verib.

Mahir Çalovlu


Müəllif:

Oxşar xəbərlər